Məcburi köçkün dövlət rəhbərinə yazır: “Hər bir vətəndaşın Prezidentisiniz”

Azərbaycan Prezidenti İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Qubadlı rayonundan məcburi köçkün İsmayıl Məmmədov dövlət rəhbərinə məktubunda diqqətə çatdırır: 

 “Möhtərəm cənab Prezident, koronavirus epidemiyasının tüğyan etdiyi günlərdə Sizin Azərbaycan xalqının arxasında dayanmağınız hər bir vətəndaşın Prezidenti olduğunuzun bariz nümunəsidir. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, Sizin düşünülmüş xarici siyasətiniz nəticəsində Qarabağ işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qubadlıda dalğalanacaqdır. Allah Sizi qorusun!”.