Pandemiyanı bəhanə gətirənlərə: "Rahat formada oruc tutmaq mümkündür"


Koronavirus pandemiyası oruc tutanlar üçün də əlavə çətinlik yaratdı. Bir çoxları bu xəstəliyin gətirdiyi stressi bəhanə gətirərək oruc tutmaqdan imtina edirlər.

Dinşünas alim Nəriman Qasımoglu "Sherg.az"a açıqlamasında deyib ki, bu, məntiqə uyğun deyil:

"Axı oruc tutmaq, ibadət etmək heç kimə stress gətirmir. Əksinə, stressi götürür. Odur ki, koronavirus pandemiyasını bəhanə gətirərək oruc tutmaqdan imtina etmək düzgün deyil".

N. Qasımoğlunun sözlərinə görə, dində bu cür hallar istisna edilməyib: "Fors-major hallar dedikdə səfər və ya fərdi xəstəliklər nəzərdə tutulur. Bəli, səfərdə olan, xəstəlik keçirənlər oruc tutmaya bilərlər. Amma pandemiya buna aid deyil. Əksinə, heç kim evdən çölə çıxmır. Ona görə də rahat formada oruc tutmaq mümkündür".