Paşinyanın faşist babasını elə öz mediası ifşa etdi - Deputat

“Bəlkə bu nəticə Nikol Paşinyan tərəfindən də gözlənilməz idi. O, öz siyasətini və ideologiyasını özü də bilmədən ifşa etdi”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib. 

Deputat bildirib ki, dünya dövlətləri nasizmdən imtina etsə də, təkcə Ermənistan fərqli mövqedədir: 

“Faşizm ideyalarının yaşadılması istiqamətində fəaliyyət göstərən yeganə ölkə qismində Ermənistanın çıxış etməsi birmənalı həqiqətdir. Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın “demokratiya” nağılları bu ölkənin faşizm siyasətindən əl çəkəcəyi, Njdeyə qoyulan abidənin söküləcəyi haqda gözləntilər yaratmışdı. Lakin ötən il MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşü zamanı Prezident İlham Əliyevin Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması faktlarını gündəmə gətirəndə Paşinyanın nasizmi müdafiə etməsi bu gözləntiləri sarsıtdı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin üzünə dedi ki, “Ermənistanda artıq neçə ildir faşist və antisemit Qaregin Njdeni qəhrəman kimi qələmə verməklə məşğuldurlar”.  

Parlament üzvü bəyan edib ki, müasir Almaniya hökuməti nasist almanlar tərəfindən törədilmiş dəhşətlər barədə öz gənclərinə səylə xəbərdarlıq edir: 

“Lakin müasir Ermənistanda Njde kimi erməni faşistlərin şəxsiyyətinə pərəstiş təbliğ edilir. Halbuki, MDB dövlətləri nasizmi qəbul etmədiyini dəfələrlə vurğulayıb. Nikol Paşinyan babası, 1913-cü il təvəllüdlü Nikol Paşinyanın fotosunu paylaşaraq, onun Böyük Vətən müharibəsi illərində vətən üçün döyüşdüyünü qeyd etsə də, izləyicilər tərəfindən ifşa olundu ki, Paşinyanın babası faşistlərlə bir cəbhədə vuruşub. Paşinyanın hələ heç bir mövqe göstərməməsi onun da bu nəticəni gözləmədiyini təsdiq edir. Heç bu hadisələr baş verməmişdən əvvəl Nikol Paşinyan "Mir” telekanalına müsahibəsində babası Nikolun adını daşıması ilə fəxr etdiyini demişdi. Görürük ki, nasizmin “qəhrəmanlaşdırılması” Ermənistanda fəal şəkildə davam edirilir. Fikrimcə, bu proseslərin əsasında həmin ölkələrdəki milli elitaların marağı ilə bağlı siyasət dayanır”.  

Millət vəkili vurğulayıb ki, İkinci Dünya müharibəsi zamanı vəfat etmiş və itkin düşmüş Sovet hərbçiləri haqqında informasiyaların ümumiləşdirilmiş “memerual.ru” saytında olan məlumatlar Paşinyanın babasının faşistlərə xidmət etdiyini sənədlərlə təsdiqləyir: 

“Ümumiyyətlə hazırda Ermənistan mətbuatının vəziyyətinə nəzər salsaq, görərik ki, media faşizmə qarşı mübarizə aparır. Məhz Paşinyanın faşist babasını da elə öz mediası ifşa etdi. Bunun nəticəsidir ki, Ermənistan parlametində Paşinyanın mövqeyi zəifləyib. İqtisadi böhran yaşayan düşmən ölkədə pandemiyadan istifadə edən baş nazir siyasi rəqiblərini susdurmağı bacarıb. Ancaq nüfuzuna xələl gələn Paşinyanın artıq postpandemiya dövründə hakimiyyətdən gedəcəyi haqda söz-söhbətlər gəzir”.