Tuba 3 illik sevgilisindən ayrıldı

 
Türkiyənin məşhur aktrisası Tuba Büyüküstün 3 ildir eşq yaşadığı sevgilisindən ayrılıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, karantin günlərini qızları ilə birlikdə evində keçirən aktrisa Umut Evirgenlə münasibətlərinə son qoyub. Buna səbəb Evirgenin sosial ətrafından əl çəkməməsi olub.

Qeyd edək ki, Büyüküstün 6 il ailəli olduğu aktyor Onur Saylakdan 2017-ci ildə boşanıb. Cütlüyün iki qızı var.