Azərbaycana çarter reysləri ilə gətirilənlərin sayı bilindi

“Mayın 27-də Moskvadan ölkəmizə 174 nəfər gətirilib. Hindistan-Gürcüstan reysi ilə 17 azərbaycanlı Gürcüstana gətirilib, oradan avtobusla Azərbaycana keçiblər”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, mayın 30-da Londondan 40-50 nəfər gətiriləcək.
İ.Məmmədov qeyd edib ki, iyunun birinci həftəsində ABŞ-dan çarter reysinin həyata keçirilməsi ehtimalı diqqət mərkəzindədir.

“Ölkəmizdə maska, dezinfeksiyaedici məhsulların istehsalı kifayət qədərdir. 10 milyondan çox maska ehtiyatı var”, - Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov əlavə edib.