190 manatlıq birdəfəlik ödəmə yenidən veriləcək? - RƏSMİ

“Artıq aprel və may ayları üçün 190 manat birdəfəlik ödəmələr verilib”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, karantin rejimi daha yarım ay uzadıldığı üçün bu məsələ operativ qərargahda müzakirə oluna bilər:
“Bütün arqumentlər nəzərə alınaraq, yəqin ki, qərar veriləcək”.