Acı xəbər: 2 ay müqavimət göstərdi, amma ...


Adnan Menderes Universitetinin tələbəsi Ilayda Kaim həyatını itirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, birinci kurs tələbəsi İlayda Kaim yol qəzası keçirib. Təxminən iki ay əvvəl Trabzonda baş verən hadisədə yaralanan 21 yaşlı tələbədən bu gün acı xəbər gəlib.



Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, İlayda Kaim müalicə olunduğu reanimasiya şöbəsində həyatla vidalaşıb.
Gənc qızın ölümü, bütün sevənlərini, xüsusilə ailəsini kədərə boğub. İlayda Kaim Trabzonun Vakfıkebir qəsəbəsində təşkil edilən cənazə mərasimindən sonra dəfn edilib.

Universitetin sayıtında İlayda Kaim üçün başsağlığı mesajları yayımlanıb. 

Turan