"Efirlərimizin çoxu ödənişlidir, onlardan da dəvət almırıq!” – “Ərəb Zəngi” gileyləndi 

Deyirlər, ən yaxşı sənətkarların reklama, PR-a ehtiyacı olmur. Efirə çıxmasalar da , gündəmə gəlməsələr də unudulmurlar. Həmin sənətçilərdən biri də muğam ifaçısı Gülnar İsayevadır. Gülnar xanım uzun müddətdir, mediadan, televiziya verlişlərindən uzaqdır.
“Sherg.az” olaraq bu amili nəzərə alıb, xanəndə ilə əlaqə saxlayıb,  həmsöhbət olduq. 

Söhbətimizi təqdim edirik.

-Son vaxtlar  sizi efir məkanlarında görmürük...

-Bəli, ailəmlə, uşaqlarımla bağlıdır. Başqa səbəb yoxdur...Yaradıcılıq  işlərim davam edir,  lakin əvvəlki  kimi çox  deyil.  Həm də hazırkı  vəziyyətlə əlaqəli dayandırmışıq. 

-Verlişlərdən dəvətlər gəlirmi? 

-Bəli, hamısını çatdırmaq olmur, bəzilərini dəyərləndirirəm. Məlumdur ki, efirlərimizin çoxu ödənişlidir. Onlardan da dəvət almırıq,  müraciət etməli oluruq.  

-Bilirsiz ki, vaxt keçdikcə incəsənət aləminə  yeni-yeni  simalar  gəlir, onların ifası, sənət bacarıqları sizi qane edirmi?   

-Demək olar, “hə”.. Əsas öz janrıma üstünlük verdiyim üçün onunla maraqlanıram.  Digərlərinə qulaq asmaq üçün  vaxtım, imkanım olmur.  Bizim sahədə də gözəl səsli ifaçılar var. Sözün əsl mənasında yaxşı xanəndələr yetişir. Yaşları az olsa da  sənətə  qədəm qoyublar. 

-Amma sənəti olmadan iddialı çıxışlar edənlər də var, onlara reaksiyanız necə olur?

-Hər halda bacarıqları var. Özləri öz həyat tərzlərini seçirlər.  Münasibətim sadə və normaldır.. 

-Karantin günlərini necə keçirtdiniz?

 -Mart ayının axırından   etibarən rayondayıq. Burda daha rahatdır...

-Yay tətili ilə bağlı planlarınız varmı?

-İstirahəti  məcburən daha əvvəlki aylara keçirdik. Əsas çətin günlər sona çatsın. İstəyirəm işlərimiz olsun, ən əsas bu vəziyyətin xalqımız, millətimiz üçün bitməsini arzualayıram.