Maskanın qiyməti 5 qəpik olsun - Fazil Mustafa

"Bizdə insanlarda virusa qarşı inamsızlıq var. Çünki insanları  inandıracaq tibbi kadrlar, xüsusilə də virusoloqlarımız yoxdur".

"Sherg.az" xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bu gün parlamentin növbədənkənar sessiyasının növbəti iclasındaki çıxışı zamanı deyib. 

Deputat qeyd edib ki, təcili İsraildən mütəxəssislər dəvət edilməlidir:

"Onlar xalqın qarşısına çıxıb bununla bağlı izahatlar verməlidirlər. Biz karantin rejimini polisin üzərinə qoymamalıyıq. Dünyada bu yükü səhiyyə sistemi idarə edir. Bundan əlavə, tibbi maskanın qiymətini 5 qəpik etmək lazımdır. Avtobus sürücülərinin maska taxmamaqla bağlı bəhanələri qalmamalıdır. Ehtiyac olarsa, Milli Məclisin iclaslarını da təxirə salıb onlayn şəkildə keçirməliyik".