“İndiki karantin də effektiv olacaq”

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə karantin rejiminin yenidən uzadılması o deməkdir ki, hələ daha bir müddət qaydalara əməl etməliyik.

Mütəxəssislər insanlar üçün diskomfort yarandığını təsdiqləsələr də, koronavirus təhlükəsinin hələ tam sovuşmadığı qənaətindədirlər. Bu səbəbdən də onlar karantin rejiminin yenidən uzadılmasının məqsədəuyğun olduğunu düşünürlər. 


 

Həkim-infeksionist Natiq Əliyev “Sherg.az”a açıqlamasında deyib ki, karantin rejiminin yenidən uzadılması gözlənilən nəticəni verəcək: 

“Gördüyünüz kimi, son həftələr ərzində yoluxanların sayında azalma, sağalanların statistikasında isə artım müşahidə olunur. Bu, məhdudlaşdırıcı tədbirlər, nəzarətlə əlaqədardır. Ona görə də Operativ Qərargahın qərarını məqbul hesab edirəm. İnanıram ki, bu dəfəki karantin də effektiv olacaq”.