Rüfət Axundov Yaşar Nurini andı

Tovuz istiqamətində iyulun 12-dən başlayan atışma xalqda döyüş ab-havası, qələbə ümidi yaradıb. İndi hər kəsin Vətən sevgisi daha çox özünü büruzə verir, millət torpaq eşqi ilə silaha sarılmaq üçün  can atır. 
Sənət adamları da ölkədə baş verənləri diqqətdə saxlayır, sosial şəbəkələrdə vətənpərvlik mövzulu paylaşımlar edirlər.  
Sherg.az xəbər verir ki, tanınmış müğənni Rüfət Axundov  rəsmi instaqram səhifəsində dayısı, mərhum sənətkar Yaşar Nurinin hərbi geyimdə şəklini izləyiciləri ilə bölüşüb.