Hərbi qulluqçular şəhid ailələrini ziyarət ediblər


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, hərbi qulluqçular Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sherg.az-a bildiriblər ki, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir daha yad edilib, bayram münasibətilə onların ailələrinə baş çəkilib. Şəhidlərimizin ailələrinə Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.