KİVDF-dən növbəti layihə - “Azərbaycan milli mətbuat tarixinin inciləri - virtual sərgi” - Videoçarx

Azərbaycan Respublikası Prezidentinin  yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) Milli Mətbuatımızın 145 illiyinə dair bir sıra layihələr hazırlayıb. 
“Sherg.az” xəbər verir ki, KİVDF-nin "Səlnamə" yaradıcılıq studiyası ilə birgə hazırladığı sənədli film, videoçarx da bu qəbildən
olan işlərdir. Bundan başqa, “Azərbaycan milli mətbuat tarixinin inciləri - virtual sərgi” də mühüm layihələrdən biridir.  Azərbaycan Milli Mətbuatının 145 illiyinə həsr olunan virtual səyahət Şirvanşahlar sarayının fonunda hazırlanıb. Bu videoçarx müasir informasiya texnologiyalarından istifadə olunaraq gerçəkləşib. Sözügedən virtual səyahətdə 1875-ci ildən 1920-ci ilə qədər nəşr olunan milli mətbu numunələrimiz nümayiş olunub.