İranda daha 212 nəfər koronavirusdan öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 212 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 17 617 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2751 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 314 786 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 272 535 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan 4132 nəfərin vəziyyəti ağır və orta ağırdır.