Təqdir edildi:“Dənizdəki təbii D vitamini həblərdən qat-qat yaxşıdır”

“Odur ki, bu fürsətdən istifadə etmək lazımdır” 

“Şübhəsiz ki, özümüzü qorumalı, diqqətli olmalıyıq”


Nazirlər Kabineti yanında Operativ Qərargah çimərliklərə getməyə artıq icazə verib. İnsanlar bundan sonra rahat formada dənizə gedə, istirahət edə bilərlər. Amma təbii ki, karantin qaydalarına əməl etmək şərti ilə. Şübhəsiz, əgər sosial məsafəni qorumasaq, tibbi maskanı bir anın içində unudub, zibil qutusuna atsaq, nəinki dənizə, günəş üzünə də həsrət qala bilərik. 
 
Bu barədə “Sherg.az”a fikrini bildirən həkim Fəxranə Hüseynzadə D vitamininin orqanizm üçün faydalarından danışıb:

 “Xüsusilə indiki məqamda immunitetin güclənməsi çox vacibdir. Bu günədək insanlara həblərdən istifadə etməyi məsləhət görürdük.
Çünki dənizə getmək mümkün deyildi. Amma, əlbəttə, təbii D vitamini həblərdən qat-qat yaxşıdır. Odur ki, bu fürsətdən istifadə etmək lazımdır”. 




Həkim, həmçinin ehtiyatı əldən verməməyi də məsləhət görüb: 

“Şübhəsiz ki, özümüzü qorumalı, diqqətli olmalıyıq. Xüsusilə səlahiyyətli şəxslər öz işlərinin öhdəsindən layiqincə gəlməli, insanları qaydalara əməl etməyə çağırmalıdırlar. Bəzən mağazalarda çalışanların qaydalara riayət etmədiyini görürük. Belə olmaz. Həmin adamlar, əksinə, şəxsi nümunələri ilə örnək olmalıdırlar. Hər şeyi vətəndaşların boynuna atmaq doğru deyil”.