Erməni yalanları faktlarla ifşa olundu: “Coğrafi mövqeyə yaxşı bələdəm”

“Ermənilər Sərsəng su anbarından axan suyun istiqamətini dəyişə bilməzlər”

“Təxribatlara son verməyin yolu ordumuzun hərbi əməliyyatlara başlamasından keçir”


Ermənistan Azərbaycana qarşı ekoloji terror davam etdirir. Bu barədə  Ermənistan KİV-də məlumat dərc olunub.  Qondarma Dağlıq Qarabağ rejiminin başçısı Araik Arutunyan Sərsəng su anbarından Azərbaycanın cəbhəyanı rayonlarına axan suyun istiqamətinin dəyişdiriləcəyini deyib. O, “əsrin layihəsi” adlandırdığı layihə ilə bağlı işlərin sürətləndiyini söyləyib:
“Sərsəng su anbarının suyunun istiqamətinin dəyişdirilməsi hesabına suvarılan kənd təsərrüfatı torplaqlarının sayını artıra və bununla da, məhsul istehsalının bir neçə dəfə yüksəldə bilərik”.
 
Arutunyanın sözlərinə görə, işlər artıq start götürüb və 2022-ci ildə yekunlaşaq. Sərsəng su anbarının suyunun istiqamətinin dəyişdirilməsi hesabına işğal altındakı torpaqlarımızda əlavə 30 min hektar torpaq sahəsi də suvarılacaq. Bunun əvəzində Azərbaycanın cəbhəyanı kəndlərinə su verilməsi azalacaq.  
 
Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə istifadəyə verilmiş və tutumu 565 milyon kubmetr olan Sərsəng su anbarı bu regionun ən iri su anbarıdır. Tərtər çayı üzərində inşa edilmiş Sərsəng su anbarı Azərbaycanın 6 rayonunun 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Ermənilərin bu təxribatı Azərbaycanın cəbhəyanı bölgədə yaşayan 400 min insanının həyatına təhlükə yaradır.



Düşmənin növbəti təxribatı barədə “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov bu məlumatın yalan olduğunu deyib: 

“Araik Arutunyan və onun kimi donuz otaranlar ağıllarına gələni danışırlar. Mən həmin yerlərdə çox olmuşam. Coğrafi mövqeyə yaxşı bələdəm. Ermənilər Sərsəng su anbarından axan suyun istiqamətini dəyişə bilməzlər. Lap buna cəhd etsələr də,  maliyyə imkanları çatmaz. Sözegedən layihəyə dünya ermənilərinin malik olduğu varidat qədər vəsait lazımdır. Üçüncüsü isə, ermənilər unutmasınlar ki, o torpaqların sahibləri var. Ən qısa zamanda biz ata-baba yurdumuza geri qayıdacağıq. Lap az qalıb. Həmin vaxt ermənilərin bütün qanunsuzluqlarına son qoyulacaq. Biz Dağlıq Qarabağa geri qayıtmadıqca, bu cür məkrli oyunlar davam edəcək. Amma qayıdacağıq”.

 E.Məmmədovun firkincə, təxribatlara son verməyin yeganə yolu Azərbaycan ordusunun hərbi əməliyyatlara başlamasıdır: 

“Ermənilərin qanında dilənçilik, qaraçılıq var. Bu gün də Ruminiya, Macarıstan kimi ölkələrdə erməni qaraçıları az deyil. O vaxtlar Əskəran qalasının yaxınlığındakı Qarqar çayı sahilində erməni qaraçıları yaşayırdı. Hətta adlarını da sadalaya bilərəm. Erməni dilənçiyi indi də davam edir. Torbalarını dünyanın başına yığıb, xarici ölkələrdən ianə toplayırlar. O qədər cılız millətdirlər ki, orda oturub Aralıq dənizi barədə danışırlar. Bizim bir yolumuz var-güc metodu tətbiq etmək”.