Pərviz Bülbülədən ittihamlara cavab:"Oxuyub ev yıxmır ki, çörək qazanır"

Meyxanaçı müğənnilərin "musiqili meyxana"ya axınını normal qarşılayır


Son illərin ən çox müzakirə olunan mövzularından biri də müğənnilərin “Musiqili meyxana “ janrına üz tutmasıdır. Hər nə qədər estradanın nümayəndəsi olsalar da meyxansayağı ifalarla çıxış edən sənətçilərin sayı az deyil.   

Bu da həm sənətkarların həm də əsl  musiqisevərlərin tənqidlərinə səbəb olur. 

Onların fikrincə  müğənnilərin “musiqili meyxana”ya axını digər janrda yazılan mahnılara, ən əsası Azərbaycan musiqisinə zərər vurur. 

Bəs, gəlin görək söz xridarları  bu haqqda nə düşünür?

Sualımıza cavab tapmaq məqsədilə tanınmış  meyxanaçı Pərviz Bülbülə ilə əlaqə saxladıq. Məsələ ilə bağlı  “Sherg.az”a danışan meyxanaçı  bu söhbətlərə zaman ayırmadığını söylədi:

“Amma vaxt var idi ki, meyxanaya bir təhər yanaşırdılar. İndi hamı meyxana deyir. Münasibətim də yaxşıdır. Ev yıxmır ki, oxuyub çörək pulu qazanır“.

Şou-biznes aləmində meyxanaçıların müğənnilərə mahnı yazması  fikrinə Pərviz bəy isə belə münasibət bildirdi: “Biz mahnı yazmırıq, zümzümə edirik. Mahnı yazmaq bəstəkarın işidir”.