“Azərbaycan vəziyyəti öz xeyrinə dəyişə biləcək, bir şərtlə ki..."


“Ölkəmiz Türkiyə ilə birgə koordinasiyalı çalışsın”

"Ermənistanın yenidən dövlət sərhəddinin Tovuz istiqamətində və işğal olunmuş ərazilərimizdə təxribatlara əl atması əsasən Rusiyanın planı olmaqla yanaşı rəsmi İrəvanın növbəti danışıqlar prosesindən yayınmaq planın ilə əlaqəlidir".

Bu sözləri "Sherg.az"a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib.   Politoloqun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi  Minskdə sülhdən danışsalar da, onların düşüncəsində  sülh sözü işğal olunmuş ərazilərin qaytarılmaması deməkdir:

"Hesab edirəm ki, Azərbaycan tərəfi Türkiyə ilə birgə koordinasiyalı çalışmalı və mümkün qədər prosesləri öz lehinə dəyişməlidir. Tovuz təxribatı zamanı  Ermənistanın arxasında Kreml dayanırdı. Bunu etiraf etməsələr də gün kimi aydındır.



Ermənistan Rusiyanın forpostudur və onun iradəsindən kənar heç bir hərbi addım ata bilməz. Rusiyanın Ermənistana göndərdiyi tonlarla silah-sursat və hazırda bu prosesin davam etməsi Ermənistanı cəbhə xəttində təxribatlar törətməyə  sövq edir.

Ona görə də Türkiyə ilə birgə hərəkət etməklə Azərbaycan danışıqlarda vəziyyəti öz xeyrinə dəyişə biləcək".

Qeyd edək ki, Ermənistan növbəti təxribata əl atıb. Belə ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytena Qurgin Alberyan əsir götürülüb.