Sərt reaksiya:“Həmsədrlər niyə ermənilərdən soruşmur ki...?!”

“..Sənin Azərbaycan torpağında nə işin var ki, əsir də götürülürsən?!”

“Erməni cəmiyyəti bilməlidir ki, işğalçılıq siyasəti davam edəcəyi halda, onlar ard-arda itki verəcəklər”

Azərbaycan ordusunun bir neçə gün əvvəlki növbəti uğuru hər kəsə məlumdur. Belə ki, Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribatının  qarşısı alınıb.

Komandir, baş leytenant 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan isə əsir götürülüb. Bu hadisə həm də düşmən ordusunun bacarıqsızlığı, hazırlıqsızlığı kimi qiymətləndirilməlidir. Hərbçilər yaxşı bilir, kəşfiyyat qrup komandirinin əsir götürülməsi nə deməkdir...

Hərbi ekspert Emin Həsənli bu barədə “Sherg.az”a danışıb:

“Ən maraqlı məqam ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri niyə məsələyə münasibət bildirmir? Niyə ermənilərdən soruşmur ki, sənin Azərbaycan torpağında nə işin var ki, əsir də götürülürsən?

Erməni cəmiyyəti bilməlidir ki, işğalçılıq siyasəti davam edəcəyi halda, onlar ard-arda itki verəcəklər. Yaxın zamanda Azərbaycan düşmənə daha böyük zərbə vuracaq və Dağlıq Qarabağı azad edəcək”.