Qara zirə yağının bilmədiyiniz faydaları açıqlandı – Min bir dərdin dərmanı...

Hələ qədim dövrlərdən təbabətdə qara zirədən geniş istifadə olunub. Qara zirənin insan orqanizminə faydaları bir çoxlarına bəllidir. Qara zirə kimi onun yağının da bir çox dərdin dərmanı olduğu deyilir.

Qara zirə yağı immuniteti gücləndirir, orqanizmi zərərli mikroorqanizmlərdən qoruyur, xərçəng hüceyrələrini məhv edir, arterial təzyiqin tənzimlənməsinə kömək edir. Qara zirə həmçinin köp problemini aradan qaldıraraq həzmə kömək edir, saç tökülməsinin qarşısını alır, dəriyə olduqca faydalıdır.



Həkim Şahvələd Məmmədov “Sherg.az” açıqlamasında qara zirə yağının xalq təbabətində böyük rolu olduğunu deyib.
Onun sözlərinə görə, qara zirə yağı əsrlərdən bəri sınanmış təbii vasitədir:

“Qara zirə müxtəlif orqanların düzgün fəaliyyətində böyük rol oynayır. Qara zirə yağı orqanizmin immun sistemini artırır, mədə-bağırsaq sisteminin təmizlənməsində iştirak edir, böyrəklərin və sidik yollarının funksiyasını tənzimləyir. Qara zirə yağı beyin qan dövranı üçün də çox faydalıdır”.

Həkim qara zirə yağının ürəyin fəaliyyətinə də müsbət təsir göstərdiyini qeyd edib:

“Ümumiyyətlə, qara zirə yağının faydaları barədə danışmaqla bitməz. Xalq təbabətinə meyilli insanlar, eyni zamanda dindarlar xüsusilə qara zirə yağından geniş istifadə edirlər.

Çünki bu yağ Peyğəmbərimizin dövründən qalan ənənəvi müalicə vasitəsidir.

Bu gün pandemiya ərəfəsində immun sisteminin gücləndirilməsi çox vacibdir. Məhz qara zirə yağının istifadəsi bunun üçün vacib faktorlardan biridir”.