80 yaşlı sənətkarımızdan yeni möhtəşəm ifa: "Başqa nəğmələr də olacaq" - Foto

Korifey sənətkar, xalq artisti Flora Kərimova uzun müddətdən sonra yeni mahnı ifa edib.
"Sherg.az"xəbər verir ki, studiyadan şəkilini Feysbuk səhifəsində paylaşan Flora xanım bu sözləri yazıb:
"Uzun fasilədən sonra yaradanımın nəsibi ilə, 80 yaşımda səhhətim imkan verdi ki, Hatəm Nəbioğlunun ("Mənim mənim" mahnısının bəstəkarı) yeni mahnısı ilə sevincimə sevinən izləyicilərimi sevindirim. Bir az da ömür vəfa etsə, tezliklə başqa yeni nəğmələr də olacaq. 
Övladlarım, öpürəm hər birinizi..."