Elə bilirsən ölmək asandır ?! : Torpaq pulu, qəbir pulu, yeddi, qırx... - Eh həngamədir !

Əhməd Qəşəmoğlu: “Bahalı qəbirlər o demək deyil ki, onun altındakı şəxs rahat olacaq”

“Ölüb gedən üçün belə halların heç bir əhəmiyyəti yoxdur”



Vətəndaşlar qəbiristanlıqdakı mollarların özbaşınalıqlardan da narazıdır. Əhalinin şikayətləndiyi başqa məqam isə qəbiristanlıqda oğurluqların ardı-arasının kəsilməməsidir. Çünki ora gətirilən güllər oğurlanaraq satılır. 

Vəziyyəti “Sherg.az”a dəyərləndirən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, İslamda dəbdəbəli, təmtəraqlı qəbirlərin qurulması yoxdur:

“İslamın, şəriətin bizdən tələbi odur ki, rəhmətə gedən insanın ilk növbədə cənazə namazını qılıb dəfn etmək, torpağa tapşırmaq lazımdır. Qalan şeylər isə insanların fantaziyalarıdır. İndiki məqamda qəbiristanlıqların hazırlanması ölkəmizi mənfi tərəfdən xarakterizə edir.



Ona görə də bu məsələlərə nə qədər bacarsaq, təcili yanaşmaq lazımdır”. 

Sosioloqun sözlərinə görə, bahalı qəbirlər o demək deyil ki, onun altındakı şəxs rahat olacaq:

“Ölüb gedən üçün belə halların heç bir əhəmiyyəti yoxdur. Bahalı qəbirlərlə bağlı əsasən 2 məqam diqqət çəkir. İnsanların özünü nümayiş etdirməsi və ictimai qınaq.

İctimai qınaq bəzən qanunlardan da güclü olur.

Amma insanların ictimai qınağı necə formalaşdırması, bu qınağın hansı rolu oynaması vacibdir. Məsələn, qınaq elə formalaşar ki, müsbət rol oynadığı kimi mənfi hallara da səbəb olar.

Kimsə rəhmətə getmiş yaxın adamına sadə qəbir düzəltdirsə, inanın ki, ictimai qınaq hərəkətə keçəcək. Həmin adamı şiddətli şəkildə qınayacaqlar. Deyəcəklər ki, “imkanı ola-ola valideyninə, yaxın adamına qoyduğu qəbir daşına bax?”. Bütün bunlar cəmiyyətimizdə mənəvi dəyərlərin arxa planda olduğunu sübut edir”.