ABŞ-da silahlı insident: 2 ölü, 14 yaralı

ABŞ-ın Nyu York şəhərinin Roçester bölgəsində həyətyanı sahədə keçirilən şənlik zamanı silahlı insident olub.
APA “Bnonews”a istinadən xəbər verir ki, yerli vaxtla 12:30-da baş verən insident nəticəsində 2 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Polisin məlumatına görə ölənlər 18-22 yaşlı bir kişi və bir qadındır.
İnsidentlə əlaqədar hələlik saxlanılan yoxdur.
Şahidlər insident baş verən zaman tədbirdə 100-dən çox iştirakçının olduğunu bildiriblər.