"Bu dəqiqə zəng gözləyirəm"

Babək Niftəliyev könüllü orduya yazılıb

Sentyabr ayının 27-dən etibarən cəbhədə gedən döyüşlər, eşitdiyimiz xoş xəbərlər Azərbaycan xalqının tarixi günlərdən keçdiyinə, tarix yazdığına bariz nümunədir. Ordumuzun uğurlu həmlələri ilə  işğaldan azad olunan ərazilər millətimizin zəfər eşqini bir daha alovlandırıb. 
Hər kəs bayrağımızın Qarabağda dalğalanacağı günə ümid bəsləyərək, bu haqlı savaşın bizim xeyrimizə nəticələnməsini gözləyir.
“Sherg.az”da söz cəbhəsində savaşını davam etdirərək, tanınmış sənətçilərin, ziyalıların tövsiyələrini xalqa çatdırır. Sevilən xanəndə, Əməkdar artist Babək Niftəliyev də ürək sözlərini bizimlə bölüşərək bunları söyləyib: 

“Tovuz döyüşlərində də cəbhədə olmuşam. Neçə həftə orda qalmışam. Əsgərlərimizə kömək etmişəm. Düzdür, əsgərlərimizin heç nəyə ehtiyacı yoxdur.

Amma bunlar  ürəyimizdən gəldi. Sonra “Koroğlu” zirvəsinə qalxmışıq. Şükür Allaha, ordumuz güclüdür. Döyüşənlərin  içərisində könüllülər də var. İnstaqram səhifəmdə da paylaşmışam.

Tovuz döyüşləri ərəfəsində komissarlığa gedərək könüllü orduya yazıldım. Bu dəqiqə zəng gözləyirəm. Zəng gəlsə, hər an hazıram. Dünən də efirdən çıxdım birbaşa Füzuliyə yollandım. Döyüşləri  izlədik, hər şey qaydasındadır”.

Babək bəy həmçinin xalqa öz məsləhətini də çatdırıb:

“Bəzi provokasiyalara inanmasınlar. Dövlət televiziyamız var. Müdafiə nazirliyinin yaydığı xəbərlərdən yararlansınlar. Hər zaman hazır olsunlar. Bu döyüşün geriyə yolu yoxdur. Qələbə  bizimlə olacaq.

Cənab Prezidentin də dediyi kimi, Qarabağ Azərbaycandır və nida. Birmənalıdır. İnanırıq ki, yaxın günlərdə Qarabağımız işğaldan azad olacaq. Əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində onlara zərbələr endirmişik. 
Kəndlərimizi işğaldan azad eləmişik”.