"Qələbə" gəldi... - Murad Arif bütün duyğularını dilə gətirdi

“Deyirlər ki, internetin zəif vaxtında mahnı yazmazlar. Amma, bu nəğmə üçün daha münasib zaman ola bilməzdi. Heç vaxt vətənpərvərlik mövzusunda yazmamışam. "İçimdən gəlmədi"deyə  deyil. Pafoslu, saxta olmasından çəkindiyim üçün həmin mövzulara toxunmamışam.”
“Sherg.az” xəbər verir ki, bu sözləri tanınmış bəstəkar, müğənni Murad Arif rəsmi Feysbuk səhifəsində söyləyib. O vətənpərvərlik mövzusunda olan, “Qələbə”adlı yeni  mahnısını paylaşaraq bunları yazıb:

“Kamança və rok qarışığı olan bu musiqi hələ 2016-ci il Aprel hadisələrindən təsirlənərək bəstələnib. Amma, düz 4 il hazır nəğmənin sözlərini yaza bilmirdim. Nəhayət  indi içimdəki hisslər, musiqiylə uyğunlaşdı... İstəyirəm ki, bu mahnıyla bütün enerjimi, arzularımı, duyğularımı xalqımız, hərbçilərimiz duysun. Mən musiqinin, diləyin gücünə inanıram. İndi hər birimizin yeganə  arzusu var. İstəyirəm ki, “Qələbə”hər dəfə radioda səslənəndə  hamı eyni zamanda qələbə arzulasın və diləkləri gerçək olsun! Bu yolda  bir vətəndaş kimi hər şeyə hazıram.”

Son olaraq sənətçi mahnıdan sitat gətirib:

"Bu xalq hazırdır yumruqtək bir olmağa!
Bütün yollar aparır bizi Qarabağa!"