Azərbaycana Türkiyə hərbi qüvvələrinin göndərilməsini dəstəkləyən sənədin MƏTNİ
10:03 16.11.2020
Arxiv
608
Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənədin mətni açıqlanıb.
APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərinə görə, sənəddə deyilir“Dost və qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün apardığı mübarizə illərdir davam edir.
Ermənistanın sentyabrın 27-də Dağlıq Qarabağda cəbhə xətti boyu hərbi hədəflərə və mülki əhaliyə hücumlarına cavab olaraq Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək əks-həmlə əməliyyatı başlayıb və nəticədə işğal altındakı torpaqlarının azad edilməsi istiqamətində əhəmiyyətli qələbə qazanıb.
Türkiyə beynəlxalq hüquq və suverenlik haqları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü də daxil olmaqla, bütün haqlarını müdafiə edə bilməsi üçün prosesindən əvvəlindən etibarən ona dəstək verib. Nəticədə Azərbaycanın əks-həmlə əməliyyatında əldə etdiyi irəliləyiş meydanda yeni bir şərait yaradıb.
Azərbaycan, Rusiya və Ermənistanın əldə etdikləri razılaşmaya əsasən, noyabrın 10-da saat 00.00-dan etibarən bölgədə atəşkəs elan edilib və işğal altındakı bəzi bölgələrin Azərbaycana qaytarılmasını nəzərdə tutan təqvim elan olunub.
Əldə edilən razılaşmaya əsasən, atəşkəsə əməl edilib-edilməməsinin monitorinqini aparmaq məqsədilə işğaldan azad edilən Azərbaycan torpaqlarında Birgə Mərkəz yaradılacaq. Azərbaycanın tələbi əsasında Mərkəzdə Türkiyə və Rusiyanın müştərək iştirakı qərara alınıb.
Azərbaycanın müəyyənləşdirəcəyi yerdə Türkiyənin Rusiya ilə birlikdə quracağı Birgə Mərkəzdə və bu Mərkəzin işində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin və ehtiyac olacağı təqdirdə Türkiyədən olan mülki şəxslərin xidmət aparmasının, 2010-cu il avqustun 16-da imzalanan “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nə əsasən ölkəmizin öhdəliyinə uyğundur, bu, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü rəsmi olaraq tanıyan beynəlxalq hüquq, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in prinsipləri ilə də uyğunluq təşkil edir, bölgə xalqlarının sabitliyi və rifahının xeyrinədir, ayrıca milli maraqlarımız baxımından lazımlıdır.
Bu mülahizələrlə “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Əməkdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nin şərtlərindən irəli gələn öhdəliyimizi yerinə yetirmək, atəşkəsin təsis edilməsi və pozulmasının qarşısının alınması, bölgədə sülh və sabitliyin əldə edilməsi məqsədilə Türkiyənin yüksək mənfəətlərini təsirli şəkildə qorumaq və müdafiə etmək üzrə şəxsi heyətin tərkibi, xidmət müddətinin Prezident tərəfindən təyin ediləcəyi, Birgə Mərkəzin xidmətlərinin icrası istiqamətində Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi, bu qüvvələrin Prezidentin müəyyən edəcəyi əsaslara görə istifadə edilməsi ilə risk və təhdidlərin aradan qaldırılması üçün lazımi tədbirin görülməsi və bunlara imkan verəcək tənzimləmələrin Prezident tərəfindən müəyyənləşdiriləcək əsaslara görə aparılması üçün Konstitusiyanın 92-ci maddəsinə əsasən bir il müddətində icazə verilməsinin lazım olduğunu sizin diqqətinizə çatdırıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm