Abdulla Aveydən Qarabağ açıqlaması:“Ordumuz bütün dünyanı silkələdi” 

“Əsgərlərimiz ölümün gözünə dik baxaraq, Cəbrayıl, Füzuli, Zəngilan bölgələrini işğaldan azad etdilər”

“Laçın bölgəsinin zirvəsindən “Salam Şuşa” deyərək ermənilərin bağrını yardı”


Türkiyənin Süleyman Dəmirəl Universitetinin professoru, tanınmış azərbaycanlı alim Abdulla Avey İkinci Dağlıq Qarabağ müharibəsi ilə bağlı mühüm məqamlara toxunub. Professor “isparatacozum.com” saytına açıqlamasında bildirib ki, ordumuz qısa zaman kəsiyində möhtəşəm qələbə qazanıb. 
Onun sözlərinə görə, Sovet İttifaqının dağılması bəzi həqiqətləri üzə çıxardı. Qardaş dediklərimiz düşmən, bizə düşmən olaraq tanıtdırdıqları isə qan qardaşlarımızdır:

“90-cı illərdə Sovet İttifaqının bütün varlıqlarına sahib çıxan ruslar bizi ermənilərin qabağına atdılar. 27 il ərzində dövlətin və millətin çiyinlərinə ağır bir yük düşdü. İnsanlar arasında qəzəb və küskünlük yarandı. Qarabağla bağlı danışıqlar bir corab söküyü kimi uzandı. Amma bir sabah atılan top mərmiləri bütün Turan elini oyatdı. Ali Baş Komandanının əmri ilə “Ya Qarabağ, ya ölüm” deyərək əks-hücuma keçən ordumuz bütün dünyanı silkələdi. 

Xain ermənilər işğal etdikləri torpaqları verməyəcəklərini, sonra da bütün Azərbaycanı işğal edəcəklərini düşünürdülər.Amma dünya gördü ki, hansısa müdafiə sistemi ordumuzun qarşısında tab gətirə bilməz.

Azərbaycan əsgəri ölümün gözünə dik baxaraq, Cəbrayıl, Füzuli, Zəngilan bölgələrini işğaldan azad etdi. Laçın bölgəsinin zirvəsindən “Salam Şuşa” deyərək ermənilərin bağrını yardı”.

A.Avey vurğulayıb ki, Ali Baş Komandan müzəffər ordumuzun qələbəsi nəticəsində Qarabağda hansısa statusun olmayacağını söyləyib:

“Bu qətiyyətli mövqe Azərbaycan əsgərlərini və arxa cəbhədə olanları daha da ruhlandırdı. Düşmən özü də etiraf etməlidir ki, Azərbaycan əsgərləri ölümün gözünə dik baxırdılar.

Hazırda elə bir zaman yetişib ki, hər kəs qələbələrimiz üçün sevinmək və qışqırmaq istəyir. Ancaq müharibə hələ bitməyib və ehtiyatımızı əldən verməli deyilik. Düşmən hiyləgər və yalançıdır.

Qarabağ tam olaraq düşməndən təmizlənməyib. Lakin torpaqlarımızın əhəmiyyətli bir hissəsini geri qaytardıq. Hədəfə gedən yolda yüksəkliklərin çoxu bizim əlimizdədir.

Zəfər çox yaxındır, başladığımız bu müharibə mübarək bir qələbə ilə başa çatmalıdır ki, şəhidlərimizin qanı yerdə qalmasın. Qələbədə əməyi olanlar unudulmamalıdırlar.

Bundan sonra bir millət, iki dövlət olaraq daha çox ayıq-sayıq və güclü olmalıyıq. Yoxsa bizə rahatlıq verməzlər, can Azərbaycanın və canım Türkiyəm. Qarabağ Azərbaycandır!”.