28 yaşlı gənc nənəsinin evində intihar etdi


Hacıqabulda intihar hadisəsi baş verib.

Milli.Az bildirir ki, Hacıqabul şəhər sakini, 1992-ci il təvəllüdlü Bayramzadə Nemət Şöhrət oğlu bu gün səhər saatlarında nənəsinin evinə qonaq gedərək orada özünü asaraq intihar edib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.