Paşinyan “son nəfəsini” verir ! – “Növbəti seçkilərədək qala bilməyəcək”

“Devrilməyinə devriləcək. Amma bunun nə vaxt olacağını heç kim bilmir”

“Bunu Paşinyandan başqa ölkədə hər kəs görür və başa düşür”


Ermənistan müxalifəti baş nazir postuna öz namizədinin adını 3 dekabrda açıqlayacaq. Bunu “Daşnaksütun” partiyasının nümayəndəsi Artsvik Minasyan bildirib.


“Sabah... planlarımızı elan edəcəyik və baş nazir vəzifəsinə öz namizədimizi göstərəcəyik”, - deyə agentlik Minasyandan sitat gətirib.
O, bildirib ki, hərbi vəziyyətlə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlərin götürülməsinə baxmayaraq, qanuni rejim özü hələ də qüvvədə qalıb. “Daşnaktsütun” partiyasının təmsilçisi qeyd edib ki, hazırkı baş nazir Nikol Paşinyan hakimiyyəti əlində saxlamağa çalışır. Doğrudan da, o, heç zəli insandan yapışmayan kimi taxtından yapışıb. Hərçənd, minlərlə erməni cəsədinə baxaraq görə bilər ki, dünya malı da, vəzifə də dünyada qalır...Paşinyan nə bilsin belə şeyləri? Necə deyərlər, evdə bişməyib, qonşudan gəlməyib.

Vəziyyəti “Sherg.az”a şərh edən politoloq Əhməd Əlilinin fikrincə, baş nazirin devrilməsi real məsələdir. Elə buna görə alternativlər axtarılır:

“Hakimiyyət çevrilişi an məsələsidir. Ermənistan əhalisi Cocuq Mərcanlı kimi kiçik bir ərazini əlindən verən Serj Sarkisyanı bağışlamadısa, bütün Qarabağı itirən Paşinyana güzəştə gedər? Əlbəttə, yox.

Odur ki, baş nazirin devrilməsi an məsələsidir. Lakin müxalifətin təklif etdiyi adam da hakimiyyətdə çox qala bilməyəcək. Deməli, Paşinyanın öz namizədini taxta gətirmək şansı daha çoxdur. Bu isə onun arvadı Anna Akopyandır”.

Politoloqun sözlərinə görə, Paşinyan “son nəfəslərini” verir:

“Devrilməyinə devriləcək. Amma bunun nə vaxt olacağını heç kim bilmir. Hər halda baş nazirin növbəti seçkilərədək qala bilməyəcəyi dəqiqdir. Böhrandan çıxmaqdan ötrü böhranı yaradanın aradan çıxarılması şərtdir. Bunu Paşinyandan başqa ölkədə hər kəs görür və başa düşür.

Baş nazir isə özünün ən yaxşı siyasətçi olduğunu iddia edir və tərəfdarlarını buna inandırır”.