Xalq artisti virusu yendi: “Pis vəziyyətdə idim, amma...”

Korifey sənətkar, xalq artisti Faiq  Süccədinov  koronavirus infeksiyasına yoluxub.
Bu barədə bəstəkarın özü “Sherg.az”a açıqlama verib. O hazırda vəziyyətinin yaxşı olduğunu söyləyib:

“Koronavirusa yoluxdum. Pandemiya məni yaman tutdu.  Pis vəziyyətdə idim. Sağ olsun həkimlərimiz məni o haldan qurtardı. Yenidən həyata qayıtdım. Bir həftədir evdəyəm. Təbii ki, çətin oldu. Amma indi səhhətim yaxşıdır.