DTX ŞUŞADA !- “Xüsusi əməliyyatlar... ”

“Həm ehtimal edilən təhlükələrin qarşısını alınacaq, həm də terrorçular zərərsizləşdiriləcək”


DTX-nin İctimai əlaqələr şöbəsindən bildirildiyinə görə, Şuşa rayon idarəsinin (Rİ) yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.
Binanın qarşısında 1993-cü ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa şəhərini tərk etməyə məcbur qalıb, hazırda DTX-də xidmət edən leytenant U. Bəylərov Dövlət bayrağını qaldırıb. Dövlət himni səsləndirilib.



 Bu, onu deməyə əsas verir ki, ən qısa zamanda Şuşaya kütləvi köç üçün lazımi şərait yaradılır. Hüquq müdafiəçi Əliməmməd Nuriyevin məsələyə dair “Sherg.az”a açıqlaması da bu fikri təsdiq edir: 

“Bu, çox əhəmiyyətli və həm də strateji məsələdir. Çünki Şuşa təkcə Qarabağ yox, bütün Azərbaycan üçün mərkəzdir. Nəzərə almaq lazımdır ki, gələcəkdə yeni təxribatlar törədilə bilər.

Bu baxımdan Şuşada DTX-nın inzibati binasının olması ehtimal edilən təhlükələrin qarşısını almaqdan başqa, həm də ərazidəki terrorçuların zərərsizləşdirməsindan ötrü zəruri idi.

Qarabağ qondarma respublikasının prezidenti Araik Arutunyanın terrorçu və cinayətkar olduğu məlumdur. O, müharibə cinayəti törədib. Əslində bu əməlinə görə rus sülhməramlıları Arutunyanı həbs etməlidirlər. Əgər bacarmırlarsa, onların işlərini bizim DTX görər”.

Ə.Nuriyev həyata keçirilməli başqa məsələlərdən də danışdı:

“Dediyim kimi, xüsusi əməliyyatlar təşkil olunmalı və Araik həbs edilməlidir. Bilirsiniz ki, Qarabağda polis  əməkdaşlarımız da var. Amma bu, kifayət deyil.

Laçında Azərbaycanla Ermənistan arasında sərhəd qoşunlarımızın və gömrük xidmətinin strukturu olmalıdır. Bu tərəfə keçmək istəyən insanlar və onların yükləri ciddi yoxlanılmalıdır.

Qeyri-azərbaycanlının, cinayətkarın Azərbaycana, o cümlədən azad olunmuş torpaqlarımıza daxil olmasına icazə verməməliyik”.