Sənətçilər Xudayarı ziyarət etdilər - Foto 

Xalq artisti Təyyar Bayramov və əməkdar artist İlkin Əhmədov bu gün müxtəlif rayonlara səfər edərək, şəhidlərimizə baş çəkiblər. Onlar ziyarət əsnasında çəkilən fotoları İnstaqram səhifələrində paylaşıblar.

“Sherg.az” xəbər verir ki, iki sənətkar səsi ilə ürəklərdə silinməz izlər qoyan şəhid Xudayar Yusifzadəni də ziyarət edib. Xanəndə İlkin Əhmədov şəhidin anası ilə fotosuna bunları yazıb:

“Gözəl səsi və siması ilə qəlblərimizi yandıran gülərüz şəhidimiz Xudayar qardaşımız. Allah yaxınlarına  və dağ vüqarlı anasına səbr versin”.