Türkiyə bu gün Qarabağdakı proseslərin fəal iştirakçısıdır

"Türkiyə hərbçilərinin azad olunmuş ərazilərdə xidmətə başlaması regionda yaranmış yeni geosiyasi reallığın nəticəsidir".



Sherg.az xəbər verir ki, bu sözləri politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki,  bu reallığı Azərbaycan Prezidentinin qətiyyətli siyasəti, Azərbaycan-Türkiyə tərəfdaşlığı yaratdı:



"Bu tərəfdaşlıq Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı üçün böyük önəm kəsb edir. İki ölkə arasındakı bağlar və siyasi müttəfiqlik təkcə iki xalqa deyil, bütövlükdə regionun taleyinə təsir göstərir".

Politoloq əlavə edib ki,  Azərbaycan rəhbərliyinin dəqiq siyasi konturları ilə Türkiyə bu gün Qarabağdakı proseslərin fəal iştirakçısıdır:

"Nəticədə əgər Ermənistan rəhbərliyi danışıqlar prosesi ilə qane olmayıb yenə təxribatlar edəcəksə təkcə iki ölkəyə qarşı deyil, həm də Rusiya və İrana qarşı getmiş olacaq".