Türk zabit: “Qarabağdakı ermənilər tərksilah edilməlidirlər, yoxsa...”  

İkinci Qarabağ müharibəsində qazandığımız zəfərə sevinən təkcə biz deyilik. Qardaşlarımız, dostlarımız da bizimtək qürurludurlar. Müharibənin ilk günündən etibarən bizə dəstəyini əsirgəməyən Türkiyə indi zəfər sevincimizə də şərikdir.

Özü də yaşından, peşəsindən, tutduğu statusdan asılı olmayaraq hər kəs- necə deyərlər, 7-dən 77-yə. Ancaq, əlbəttə, mütəxəssislər eyni zamanda “Dəmir yumruq” əməliyyatını təhlil edirlər.

Türkiyəli müharibə veteranı, təqaüddə olan zabit Abdullah Ünay 44 günlük müharibənin müəyyən detalları barədə “Sherg.az”ın suallarını cavablandırıb:

- Azərbaycanın tarixi zəfərini necə qiymətləndirirsiniz?

- Əlbəttə, fərəhləndik, qürurlandıq. Bu sevinci bizə bəxş etdiyi üçün Allah Azərbaycan ordusundan razı olsun.

- Rusiyanın proseslərdəki rolu barədə nə düşürsünüz?

- Sadəcə onu deyim ki, ruslar bu dəfə Ermənistanı dəstəkləmədi. Bildirdilər ki, savaş Azərbaycanın işğal altındakı torpaqlarında gedir.

-Türk-rus birgə Monitorinq Mərkəzinin yaradılmasının əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə, bu, vəziyyətə nəzarət deməkdir. Ermənilər daha istədikləri kimi hərəkət edə bilməyəcəklər.

- Xankəndi və Xocalının taleyi necə olacaq?

 - Hər halda əvvəlki kimi olmayacaq. Belə ki, bu müharibədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya üzərindəki təzyiqi hiss edildi. Və Ermənistan tək qaldı.

- Qarabağdakı erməni silahlılarını necə zərərsizləşdirmək lazımdır?

- Azərbaycan ordusu oradakı bütün erməniləri tərksilah etməlidir. Fərqi yoxdur hansı formada. Amma bu, ən vacib məsələlərdən biridir.

- Sizcə, yaxın aylarda hərbi əməliyyatlar bərpa oluna bilər?

- Düşünmürəm. Birincisi, Ermənistanın taqəti qalmayıb. İkincisi isə fəaliyyətə başlayan Monitorinq Mərkəzi potensial toqquşmanın qarşısını alacaq.