Qənirə Paşayeva mərhum bəstəkar Tahir Əkbərin ailəsinin qayğıları ilə maraqlanıb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbərin qızı Bəhriyyə Əkbərzadə ilə görüşüb. 

"Sherg.az" xəbər verir ki, bu barədə Q.Paşayevanın rəsmi Feysbuk səhifəsində məlumat paylaşılıb. Qənirə xanımın Bəhriyyə ilə fotosuna bu qeyd əlavə edilib:
"Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva  mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbərin qızı Bəhriyyə Əkbərzadəni Komitədə qəbul edib, ailənin istək, arzu və qayğıları ilə maraqlanıb.

Görüşdə 2021-ci ilin ölkəmizdə bir sıra mühum mədəniyyət hadisələrinə səhnə olacağını, o cumlədən Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsinin incəsənət xadimlərinin irsinə daha yaxından və sistemli yanaşmaq üçün yeni imkanlar yaratdığı vurğulanıb.
B.Əkbərzadə səmimi qəbul üçun Q.Paşayevaya təşəkkür edib".