Rus sülməramlılar nəzarət altındadırlar

Qarabağda Rusiya sülhməramlı kontingentinin koronavirusa qarşı peyvəndlənməsi başa çatıb.
"Sherg.az" Rusiyanın “Rambler. Ru” saytına istiandən xəbər verir ki, vaksinləşmə prosesi könüllü aparılıb.
Peyvəndlər səyyar xəstəxanalarda vurulub. Prosesdən əvvəl hərbi qulluqçular hərtərəfli tibbi müayinədən keçiblər. 

 Qeyd edək ki, vaksinləşmə iki mərhələdən ibarətdir. Onların arasında üç həftə fərq var. Vaksinlər vurulduqdan sonra həkimlər hərbçiləri xüsusi nəzərət altında saxlayırlar.