Prezidentin köməkçisi: “Media strateji silahdır”

“Azərbaycan mətbuatı dövlətimizin siyasətinin aparılmasında çox vacib bir silahdır”.
Bu sözləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media kapitanları ilə “Siyasi dialoqun Azərbaycan modeli” mövzusunda keçirilən videokonfransda deyib. 

"Sherg.az" xəbər verir ki, Prezidentin köməkçisi qazanılan uğurlarda medianın rolunu xüsusi qiymətləndirib: 

“Media təkcə ölkə miqyasında yox, həm də beynəlxalq aləmdə güclü bir silahdır.  Strateji silahdır. Bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Azərbaycan regionun geosiyasi mənzərəsini dəyişdi”.