Yaşlı kişi Əlikramı pərt etdi: “Arvaddan yaman qorxursan”

“Bir dəfə  bir yaşlı kişi yaxınlaşdı dedi, gözəl oxuyursan, mehriban adamsan. Amma bir söz deyim, yaman arvaddan qorxursan. Tutuldum, fikirləşdim ki, görəsən mənim həyat yoldaşımdan qorxduğumu harda görüb?”
“Sherg.az” xəbər verir ki, bu sözləri Əlikram Bayramov “Heç vaxt, heç yerdə” verlişində  deyib. O fikirlərinə bunları da əlavə edib:
“Biz xanımlardan  qorxmuruq, hörmət edirik. Bir kişi öz ömür-gün yoldaşına hörmət etmirsə, deməli, ətrafına da eynilə elədir. Kişilərdən xahiş edirəm xanımlara hörmət edin. Biz sənət adamıyıq, duetlər oxuyuruq. Nə isə olsa da, olmasa da adımıza söz çıxacaq. 30 ildir, biz ailə qurmuşuq. Hələ birimiz ayrılaq deməmişik. 11 aydır evə 11 qəpik pul gətirməmişəm, hələ deməyib ki, hardaydın? Niyə pul qazanmırsan?”.