Neftin qiymətinə dair mühüm PROQNOZ

Son vaxtlar Azərbaycan neftinin qiyməti qeyri-stabil olaraq qalır. Yəni gah artır, gah azalır. Məsələn, cəmi bir neçə gün əvvəl “Azeri Light” markalı neftin bir bareli 0,12 ABŞ dolları və ya 0,17 faiz bahalaşmışdı. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,84 dollar idi. Bu günə olan məlumata görə isə həmin markalı neftin bir barelinin qiyməti 0,59 ABŞ dolları və ya 0,87 faiz ucuzlaşıb.Beləliklə, “Qara qızıl”ın qiyməti 67, 59 dollara düşüb.

Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban neftin qiymətinin “oynaması” barədə “Sherg.az”a danışarkən bildirdi ki, bu, normaldır: 

“Neftin qiyməti tələb və təklifə yox, Brend markalı neftin qiymətinə uyğun olaraq dəyişir. Azərbaycan neftinin qiyməti London birjasındakı qiymətlərə düz mütənasıb şəkildə müəyyənləşir.

London birjasındakı dəyişmələr isə müxtəlif səbəblərlə, xüsusilə daxil olan informasiyalarla bağlıdır.

Yəni yayılan informasiyalar bazara təsir göstərir. Əslində bu, normaldır. Hər halda qiymət çox yox, bir neçə dollar, daha konkret desək, 65-70 dollar aralığında “oynayır””.