Sürətli internetə malik olmağın üsulları....

Ötən gün sürətli internetə malik olmaq üçün bir neçə üsul  barədə məlumat vermişdik.  
Bu dəfə "Sherg.az" olaraq interneti sürətləndirən proqramlar haqqında araşdırma apardıq. Həmin proqramları sizə təqdim edirik.

1) "Pointstone İnternet Accelerator"

Ən çox bilinən internet sürətləndirmə proqramlarından biridir. Üstəlik, proqramın istifadəsi çox sadədir. Yavaş bir internetiniz varsa, bu proqramı pulsuz yükləyə və internetinizi sürətləndirə bilərsiniz. Xüsusilə, bir "Windows" əməliyyat sistemi istifadə edirsinizsə, bu proqram sizin üçündür. "Pointstone Internet Accelerator", sadə bir istifadəçi interfeysi ilə olduqca etibarlı bir internet sürətləndirici proqramdır.

2)" Simple Net Speed"

Başqa bir internet sürətləndirmə proqramı,  sürətli bir internetə sahib olmağınıza kömək edəcək. Simple Net Speed ​​pulsuz bir proqramdır. İnternet bağlantınızdakı problemləri aradan qaldırır və yaxşılaşdırır.

Mövcud internet sürətinizi təxminən iki qat artırır. Sadə bir interfeysə malikdir. Beləliklə, proqramı tez bir zamanda anlaya bilərsiniz.

3) "Throttle"

"Throttle" güclü bir internetə sahib olmaq istəyənlərin üstünlük verəcəyi proqramlardan biridir. Tamamilə pulsuz olan bir internet sürətləndirmə proqramıdır. İnternet sürətini optimallaşdıraraq sürətləndirməyinizə imkan verən proqram  yükləmə sürətinizə müsbət təsir göstərir.

Proqramı qurduqdan sonra "go" ( getmək ) düyməsini basaraq internet sürətinizi iki dəfə artıra bilərsiniz.