Şəbnəm Tovuzlu necə gəldi geyinir? - Stilistdən unikal şərh 

ATV-nin "Birə-bir" verlişində Sevil və Sevinc bacıları stilist Anar Ağakişiyevdən məşhurların geyim tərzlərinə münasibət bildirməsini istəyiblər. 
"Sherg.az" xəbər verir ki, onlar əvvəlcə müğənni Lalə Məmmədovanın adını çəkiblər. Sevinc onun son zamanlar stilində dəyişiklik etdiyini, lakin sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilmədiyini söylərək Anarın bu barədə fikirlərini öyrənmək istəyib. Anar isə belə deyib:
" Fikir verməmişəm, görməmişəm. Növbəti verlişdə fotolar təqdim edərsiz, baxarıq. Son zamanlar qarşıma çıxmayıb". 
Sonra Sevinc stilistə ikinci sualı ünvanlayıb:

"Ümumiyyətlə kimin tərzini bəyənmirsən? Son vaxtlar şou-biznesdə durğunluq çoxdur. Klipdə də necə gəldi geyinirik". 

Anar isə aparıcının fikirləri ilə razılaşmayıb:

"Niyə elə deyirsiz? Məsələn klip çəkdi( Şəbnəm Tovuzlunu göstərir-.red). Necə gəldi geyindi?

Ş.Tovuzlu stilisti dəstəkləyərək "Şah" adlı mahnısına çəkdirdiyi son klipində əziyyətin çox olduğunu bildirib və üzünü Sevincə tutub, "Ucuzvari eləmə" deyib.

Aparıcı dərhal qonağa cavab verib:

"Ucuzvari eləmirəm. Amma Şəbnəm, can atmamısan, geyimlərini kim deyibsə, elə hazırlamısan. Bir var xaricdəki kimi hazırlaşasan, obraz seçəsən. Məsələn, bizim verlişə gəlməzdən öncə Anar Bülənt Ərsoyla danışırdı, layihə üçün obraz düşünürdülər. Yəni bu insanlar hazırlaşırlar, stilistlərlə, peşəkarlarla çalışırlar".

Anar da Sevincin fikirlərini şərh edib:

 " Xaricdə geyim və makyaj üzrə stilistlər fərqli olur. Stilist gəlir geyimləri göstərir, müğənni nəyi bəyənirsə, onu seçir. Biz də bu problemdir. Şəbnəm xanımdan misal gətirirəm. Misal üçün gedir klip çəkilən yerə, soruşur ki, harda paltar dəyişəcəm, makiyajım harda ediləcək və sair".

Şəbnəm isə son klipinə lazımi qədər pul yatırdığını xüsusi vurğulayıb:

"On gün qabaqdan getmişik, paltar seçimlərini etmişik. Xəyal ( klipin rejissoru-.red) da bəyənib, mən də. 40-a yaxın adam çalışdı. Çəkiliş meydançasında karavan da var idi. Kliplərimin içərisində ən əziyyətlisi, həm də ən gözəli oldu. Amma həqiqətən çox əziyyət çəkdik. Fikirlərin 90 faizi isə Xəyala məxsusdur".