Xalq artisti "keçmişi vərəqlədi": "İlhamə qisas almadığım yeganə insan idi, lakin..." 

"Heç vaxt bağışlamayacağım daha bir müğənni yoxdur. O qadın (İlhamə Quliyeva-.red) qisas almadığım yeganə insan idi. Sonra da dünyasını dəyişdi".
"Sherg.az" xəbər verir ki, bu sözləri "Heç vaxt, heç yerdə" verlişində xalq artisti Flora Kərimova deyib. Sənətkar söhbətə davam edərək bunları söyləyib:
 "Yaradan ona verdiyi xasiyyət ilə mənim qisasımı özü aldı. Lakin elə insanlar var ki, onları cəzalandıracam. Üzr istəsələr belə... Bir də ki, əsla üzrü qəbul etməyin. Çünki əvvəl dediyi sözün ləkəsi sizdə qalır. Dost yox, düşmən haqqınızda danışanda, onun dediyi sözü açacaq, deyəcək filankəs belə söyləyib".