Sığorta həkimlərinə diqqət olmasa özəl sektora və xarici ölkələrə gedəcəklər - Həkim    


“İcbari tibbi sığorta həkimlərin və digər tibb işçilərinin bütün zəruri təlabatını təmin etməlidir. Əks halda savadlı və ağıllı həkimlər və digər tibb işçiləri özəl sektora və xarici ölkələrə gedəcək. Necə ki, gedir. Ağıllı baş hər zaman çıxış yolu tapır. Gözəl güllər münbit şəraitdə açılır və keyfiyyətli meyvə verən ağaclar münbit şəraitdə yetişir”.



Sherg.az-ın xəbərinə görə, bunu həkim Aydın Əliyev deyib. Həkim əlavə edib ki, icbari tibbi sığorta və səhiyyə idarəçiləri həkimləri və digər tibb işçilərini normal maaşla, mənzillə və digər həyat üçün zəruri vasitələrlə təmin etməlidir ki, həkim və digər tibb işçiləri xəstələrə pul gözü ilə baxmasın, işinə yaradıcı yanaşsın:

“Əks halda, bu sistem işləməyəcək. Göstərgəlikdən, plan doldurmaq və ucuz reklam düşüncəsindən çıxmalıyıq”.