“İmperator” qızına həsrət qalıb: anası uşağı gizlədir? - Fotolar

“İmperator” 7 yaşlı övladına həsrət qalıb. Həyatına edilən sui-qəsddən sonra 2011-ci ildə Ayşəgül Yıldızla evlənən İbrahim Tatlısəsin bu nikahdan qızı Ada dünyaya gəlmişdi. Lakin Tatlısəslə Ayşəgül Yıldız  2 il sonra boşandılar. “Sherg.az”xəbər verir ki, bir müddət əvvəl atasının şou-proqramına qonaq olan kiçik Adanın çəkingən davranışları, atasının təkidlə yanına çağırmasına baxmayaraq qorxa-qorxa səhnəyə qalxması izləcilərin nəzərindən qaçmayıb.

Bununla da uşağın anası sosial media istifadəçilərinin tənqidlərinə tuş gəlib. İbrahim Tatlısəsin pərəstişkarları Ayşəgül Yıldızın övladını atasında gizlətdiyi, görüşmələrinə icazə vermədiyi fikrindədirlər.

Zatən, 7 yaşlı Ada “atanla niyə görüşmürsən” sualına cavabında “anam gətirmir”, demişdi. Bu günlərdə A.Yıldız tənqidlərə cavab verərək kiçik qızın davranışlarının bu qədər müzakirəyə çıxarılmasını düzgün hesab etmədiyini deyib:

“O, bir körpə. Hələ 7 yaşı var. İlk dəfə idi proqrama gəlmişdi. Studiya onu qorxutdu. Atasını gec-gec gördüyü üçün ondan utanır, çəkinir”.  40 yaşlı Ayşəgül Yıldız “yenə övladınızın olmasıını istərdinizmi” sualına “kaş ki, təkbaşına bacarsam” cavabını verib.