Aşıq Mübariz:“Sazın adı gələndə birinci mən yada düşürəm” – Bəs Ədalət kimdir?

Aşıq Mübariz Camaloğlunun Rusiyadakı toyların birində çəkilən videosu müzakirə doğurub. Onu saz çalarkən bir nəfərin qucağına alması tənqid edilib. İstər sosial şəbəkə istifadəçiləri, istərsə də şou əhli M.Camaloğluna irad bildiriblər. Aparıcı Mətanət Əliverdiyeva da məlum görüntülərə sərt reaksiya verərək “ Bilmədim, toya baxırdım, yoxsa sirkə” deyib.

Biz də bütün bu iradlara cavab almaq üçün M.Camaloğlunun özü ilə əlaqə saxladıq. O “Sherg.az” bunları söylədi:
“Həmin proqrama baxdım Aşıq Əli də qonaq idi. Mətanət xanımın nömrəsi məndə olmadığı üçün onunla əlaqə saxlaya bilmədim. Amma Əliyə zəng elədim. Dedim ki, orada Mübarizin insanlığını, yaxşı sənətinin olduğunu deyə bilmirdin? Sazın adı gələndə birinci mən yada düşürəm. Dedim ki, qardaş hərənin özünə görə sənəti və şəxsiyyəti var. Mən nə isə edəndə qabaqcadan fikirləşirəm.

O pəhləvan Azərbaycan bayrağını bütün dünyaya, Rusiyaya tanıdan Nurəddin Beyləqanlıdır. Mənimlə məsləhət elədi ki, qərib yerdəyik, insanlar  şou görmək istəyir. İkimiz də tanınmışıq belə bir şey edək.

Dedi ki, stulda oturub saz çalacaqsan, mən də səni dişimdə qaldıracam. Bu nə böyük qəbahətdir ki qaldırıb qoyublar dağın başına? Mətanət xanıma deyə bilmirsiniz ki, pəhləvan öz gücünü göstərib? Nə olub ki, Mətanət xanım arxamca danışır, saytlar məndən yazır. Mən saza hörmətsizlik etməmişəm.
Başqa artıq-əskik hərəkətim olmayıb. Mənə irad bildirənlərə Moskvadan qayıdanda cavab verəcəm. Başqa artıq-əskik  hərəkətim olmayıb”.