Koronadan vəfat edən Baloğlan Əşrəfovun SON SÖZLƏRİ: "Yaxşı olacam"

Xəbər verdiyimiz kimi əməkdar artist Baloğlan Əşrəfov koronavirusdan vəfat edib. Bu acı xəbər sənət dünyasını dərindən sarsıb. Onun yaxın dostları, sevənləri sosial şəbəkələrdə kədərlərini dilə gətiriblər.  


"Sherg.az"   xəbər verir ki, şair Vüqar Əhməd isə onunla ölümündə bir qədər öncə danışdığını söyləyib. O bu barədə Feysbuk səhifəsində yazıb:

"3 saat öncə danışdım. Dedi, Vüqar, yaxşı olacam. Heyf....özümə gələ bilmirəm.Allah rəhmət eləsin".