Baloğlan Əşrəfovun oğlundan içacıdan sözlər:"Ata, tez-tez yuxularıma gəl"

Koronavirusdan dünyasını dəyişən əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman atası ilə bağlı paylaşım edib.   
"Sherg.az"   xəbər verir ki, o Feysbuk profilində kədərini belə dilə gətirib:

‌"Ata, sən mənim hər şeyim idin .Niyə bizi qoyub getdin . Heç olmasa yuxuma tez-tez gəl, səni gözləyəcəyəm. Tək təsəllim kişi kimi yaşayıb kişi kimi bu həyatdan getməyindir. Əyilmədən yaşamağı bizə sən öyrətdin. Bircə təsəllim budur ki, özün üçün yaşamadın. Çox şükür".