Nura: "Çalışın varlı olun, yaxşı insan olmasanız da olar"

“"Xoşbəxtlik pulda deyil" cümləsi bu gün üçün mənasızdır. Sevgini də, hörməti də, sağlamlığı da, xoşbəxtliyi də yalnız pulla almaq mümkündür Pulun varsa, xəstələnəndə ən yaxşı xəstəxanada müalicə olunursan, ən bahalı ( Avropa üçün istehsal olunan) dərmanı ala bilirsən”.
“Sherg.az” xəbər verir ki,bu sözləri  Feysbuk profilində müğənni Nura Suri yazıb. O statusa bunları da əlavə edib:
“Övladının istək və arzularını həyata keçirib onu sevindirirsən və özün onun sevincindən xoşbəxt olursan. Sevgilinlə ən gözəl yerlərdə şam yeməyi, alış-veriş, səyahət hər ikinizi xoşbəxt edir. İdman zalları bağlı olsa da, idmanla məşğul ola bilirsən.

Çünki öz evində idman zalı qurmaq imkanın var, məşqçi də sənin ünvanına  gəlir. Haqsızlığa uğrayanda ən yaxşı hüquqşunası özünə vəkil tutub, haqqını tələb edə bilirsən.

Kasıbların heç adi vəkilə  də verəcək artıq pulu olmur. Haqq-ədalət onlar üçün çox vaxt yalnız filmlərdə səslənən kəlmələrdir. Çalışın varlı olun, yaxşı insan olmasaz da olar. Pulunuz varsa, hamı sizə "xanım", "bəy" deyə müraciət edib yaltaqlanacaq.

Pulunuz varsa, xoşbəxt ola bilərsiz. Xoşbəxt insanın isə sizin onun haqqında nə düşündüyünüz heç vecinə deyil. O heç sizi düşünmür də. Həyatda puldan başqa ən vacib olan isə uğurdur. Hər bir işdə uğurun rolu böyükdür. Özümə və sizə varlı və uğurlu olmağı arzu edirəm”.