Roza Elzaya “barmaq silkələdi”:“Səninlə böləcək kişim yoxdur”

Artıq uzun müddətdir ki, müğənni Roza Zərgərli və bəstəkar Elza Seyidcahan arasında yaşanan qalmaqal davam edir. Əvvəlcə “ATV Maqazin onlarla” verilişində  R.Zərgərli E.Seyidcahanın ona borcunun olduğunu söyləyib. Ardınca E.Seyidcahan müğəninin ünvanına sərt sözlər deyərək hansısa borcunun olmadığını bildirib. R.Zərgərli yenidən sözügedən proqrama danışıb.
“Sherg.az”xəbər verir ki, o, hiddətlənərək bunları deyib:

“Ağıllı ol! Sənin üçün İlhamə Quliyeva deyiləm. Sən kimsən ki,  o sözü deyirsən? Mən sənə haqq vermişəm ki, mənlə bağlı nədənsə danışasan? Hələ mən səni məhkəməyə verəcəm ki, bilinsin plastik əməliyyat etdirmişəm, ya yox?  Səni rüsvayi-cahan edərəm.

Haramdasa plastik əməliyyatın olduğunu sübut etsən, o beş min manatı keçəcəm, üstündə 10 min manat da verəcəm. Hansı yaradıcılıqdan danışırsan?

Bəstəkar kimi təhsilin ola bilər. Yerdən qalxan uşaq da bəstəkarlıq edir. Sən mənim kitabımın təqdimatına gəlməsən, böyük itki olmazdı. Orada  qiraətçilər, ədəbiyyat adamları, xalq artistləri var idi.  Gözün məni götürmürsə bil ki, sənin üçün İlhamə deyiləm. Çünki səninlə böləcək kişim yoxdur. Sən onunla başqa şey bölürdün. Açıb danışaram".

Roza Zərgərli bəstəkarın müğənni Nərmin Kərimbəyova haqda dediklərinə də münasibət bildirib:

 “N.Kərimbəyova sənə kömək olmayacaq. O qız səndən ağıllıdır. Harada danışmaq lazım olduğunu bilir. Özünə oradan- burdan yardım istəmə. Mənə beş min manat borclusan. Abrına bükülməyini istəmirsənsə, sus. Əgər susmasan, vəkilimlə əlaqə yaradacam. Təzminat da verəcəksən”.