Şəbnəm Tovuzlu Damlanı tənqid etdi

"Əvvəldən demişəm, efirə tək çıxmağa layiq olanlar bizdən böyüklərdi. Bu gün Aygün Kazımova tək çıxsın. Onun sənəti, özü haqda danışacaq o qədər mövzusu var. Bir gün səhərdən axşama kimi aparıcı bezməz ona sual verməkdən".

Sherg.az "Axşam.az"a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Birə-bir" proqramında deyib. Sənətçi həmkarı Damlanın verilişlərə tək çıxma tələbini tənqid edib:

"Damlanın şəxsi işidir, qarışmıram, özü bilər. Damla, niyə tək çıxaq? Bəlkə dörd-beş ildən sonra olar. Mənim üçün də, Damla üçün də bu tezdir. Özümüzü ucuzlaşdırmıram, bizim də etdiklərimiz və sevənlərimiz var. Amma 2 saat efirdə qonaqlarla olanda daha maraqlı keçir. Tək olanda tamaşaçı da bezir".